Babək rayonunda 41 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Leqal.info xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Naxışnərgiz kəndində baş verib. Belə ki, dəm qazının sızması nəticəsində kənd sakini, 1983-cü il təvəllüdlü Zamanova Məleykə Mahmud qızı həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info