Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Abdullayev Vaqif Ağasəf oğlunun aralarında baş vermiş münaqişə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Abdullayeva Könül Ələsən qızına bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info