Bakıda 65 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində baş verib.

Eldəniz Həsənovun idarə etdiyi "Ford Transit" markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Məryəm Rzayevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info