Salyanda ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Ələt-Astara magistralının 18-ci kilometrliyində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin - Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Azər Aslanov ölüb. Sürücü və daha 2 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan rayon xəstəxanasına yerləşdiriliblər.

Elvin Mahmudlu
Leqal.info