Kəlbəcərdə ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Nadirxanlı kəndində baş verib.

Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info