Abşeronda küçədə 68 yaşlı kişinin meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

Meyiti tapılan şəxsin 1956-cı il təvəllüdlü Eldar Lətif oğlu Hüseynov olduğu müəyyən olunub. Onun səhər saatlarında işə gedərkən yolda öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info