Bakıda avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA sosial evlərinin yaxınlığında baş verib.

Tuncay Qasımbəylinin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil piyada 1967-ci il təvəllüdlü Şakir Müzəffərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info