Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Nadirkənd kəndində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını divara çırpılıb. Nəticədə maşında olan sərnişin 1987-ci il təvəllüdlü Natiq Abdıyev hadisə yerində dünyasını dəyişib.

Sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info