Gəncədə yanğın hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Bursa küçəsində baş verib. Belə ki sözü gedən ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub.

Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info