Gəncədə yanğın hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Ordubadi küçəsində baş verib.

Belə ki, sözügedən küçədə yerləşən həyat evlərinin birində anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info