Goranboyda yol-nəqliyyat hasisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndində baş verib. Hərəkətdə olan "VAZ-2107" və "Mercedes" markalı minik maşınlarının toqquşması nəticəsində 1993-cü il təvəllüdlü İlkin Səfərov, 1993-cü il təvəllüldü Ehtiram Quliyev, 1992-ci il təvəllüdlü Elşad Yaqubov və 1981-ci il təvəllüdlü Etibar Həsənəliyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info