Goranboyda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Səfikürd kədinin yaxınlığında baş verib. Hərəkətdə olan "QAZ -3110" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən1988-ci il təvəlüdlü Elnur Mamedov və 1984-cü il təvəllüdlü Ruslan Cənnətovun vəziyyətinin kafi olduğu bildirilir. İlkin etimallara görə, qəzaya səbəb maşının təkərinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info