Zaqatalada 76 yaşlı qadın intihar edib.

Leqal.info xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən tapılıb. İlkin araşdırma zamanı 76 yaşlı qadının intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info