Lənkəranda bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1962-ci il təvəllüdlü İbrahim Ağacan oğlu Səfərov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. İ. Səfərov əməliyyata götürülüb.

İlkin məlumata əsasən, İ.Səfərov bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info