Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində baş verib.

Hərəkətdə olan minik avtomobili piyada, rayonunun Aşağı Nüvədi kənd sakini 2007-ci il təvəllüdlü Şahrza Ağayar oğlu Əliyevi vurub.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan Ş.Əliyev ilkin yardımdan sonra travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info