Lənkəranda yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində baş verib.

Hərəkətdə olan minik avtomobili piyadalar Lənkəran şəhər sakinləri 1996 -cı il təvəllüdlü Fariz Ceyhun oğlu Əzizli və 1977 -ci il təvəllüdlü Ramin Mübariz oğlu Əliyevi vurub.

Sözügedən şəxslər ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır qiymətləndirilən F.Əzizli reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info