Hindistanda zəvvarları daşıyan avtobus Şiv Hori şəhərinə ziyarətə gedərkən dərəyə aşıb.

Leqal.info “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində 22 zəvvar ölüb, 60-a yaxın şəxs yaralanıb.

Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.

Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib, maddi yardım vəd edərək, yaralıların tezliklə sağalmasını arzulayıb.

Leqal.info