Leqal.info xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexlərinin birində baş verib.
Təmir sexinin həyətində dayanan “VAZ” markalı minik avtomobilində anidən yanğın başlayıb.
Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətrafdakı avtomobillər və təmir sexi yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info