Leqal.info xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində baş verib.
Hərəkətdə olan “Qazel” markalı yük maşını ilə "Hyundai "markalı minik avtomobili toqquşub.
Qəzada sonra avtomobillərdə yanğın baş verib.
Hadisə yerinə dərhal FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info