Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Sülh prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində baş verib.

"Toyota Prius” və "İsuzu" markalı avtomobillər toqquşub. Nəticədə "Prius"da olan sürücü və 3 sərnişin xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info