Leqal.info xəbər verir ki, hadisə Niyazi küçəsində qeydə alınıb.
“PAZ” markalı avtobusla "Opel" və "Hyundai" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində "Hyundai"ın sürücüsü, 1992-ci il təvəllüdlü Tağıyev Ruslan, sərnişin - 1985-ci il təvəllüdlü Verdiyev Vüqar xəsarət alıblar.
Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info