Leqal.info xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin köməkçi yolu ilə Azadlıq prospektinin kəsişməsində baş verib.
Əsas yolda hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili ilə “Toyota Prius” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə zamanı avtomobillərə və yol infrastrukturuna ciddi ziyan dəyib. “Toyota Prius”un sürücüsü xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info