Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində baş verib.

"Hyundai" və "Kia" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info