Sumqayıtda küçədə 69 yaşlı kişinin meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə 34-cü məhəllədə baş verib.

1955-ci il təvəllüdlü Əli Hüseyn oğlu Rzayev küçədə qəfil halı pisləşərək ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info