Tovuzda avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1993-cü il təvəllüdlü Taleh Əliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info