Lənkəranda avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində baş verib.

Lənkəran rayonunun Xolmili kənd sakini idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən, piyada Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 2000-ci il təvəllüdlü Böyükxanım Şaiq qızı Quliyevanı vurub. Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər B.Quliyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info