Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Şəhidlər xiyabanı küçəsində baş verib.

Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Yaqut Orucəli qızı Nəsirova yolu qarşı tərəfə keçmək istəyərkən, hərəkətdə olan minik avtomobili onu vurub. Y.Nəsirova ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə çatdırılıb. Yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info