Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Leqal.info xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info