Goranboyda dəm qazından zəhərlənmə fakı qeydə alınıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan Xocalı rayon sakinləri - 1972-ci il təvəlüdlü Səlimova Xumar Bahadur qızı və 1979-cu il təvəlüdlü Səlimova Sevil Seydi qızı dəm qazından zəhərlənərək ölüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Leqal.info