Leqal.info xəbər verir ki, hadisə Qax şəhəri Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən şadlıq evinin yanında qeydə alınıb. Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi “Ford” markalı yük maşını ilə 2017-ci il təvəllüdlü Arzu Aslan qızı Ramazanovanı vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Ramazanova Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Azyaşlının şadlıq evində keçirilən toydan çıxarkən maşınla vurulduğu bildirilir.
Leqal.info