Leqal.info xəbər verir ki, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində qeydə alınıb. "VAZ"2107 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə İlyas Allahverənov hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan 1991-ci il təvəllüdlü Namik Cəfərov, 1992-ci il təvəllüdlü Natiq Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Əmənov xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info