Leqal.info xəbər verir ki, hadisə rayonun Düylün kəndi yaxınlığında baş verib.
1957-ci il təvəllüdlü Bağırov Mehdi Ramazan oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil yoldan çıxaraq Düylün çayına aşıb. Hadisə nəticəsində avtomobildə olan bir ailənin 3 üzvü - 1965-ci il təvəllüdlü Salmanov Cəlil Salman oğlu, 1966-cı il təvəllüdlü Salmanova Mailə Alı qızı və 1992-ci il təvəllüdlü Salmanov Toğrul Cəlil oğlu xəsarət alıb.
Xəsarət alanların 4-ü də Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağır olduğu qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info