Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində baş verib.

Hərəkətdə olan motosikletlə minik avtomobili toqquşub. Qəzada motosikletin sürücüsü 2004-cü il təvəllüdlü H.Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info