Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Şah İsmayl Xətai prospektində baş verib.

Hərəkətdə olan "Chevrolet" markalı minik maşını yolun kənarında dayanan digər avtomobilə çırpılıb.

Qəzada xəsarət alan "Chevrolet"in sürücüsü, 1983-cü il təvəllüdlü Rəhimov Vaqif Tapdıq oğlu və onun övladı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info