Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib. Hərəkətdə olan "KİA SERANTO" ilə "TOYOTA " markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra minik maşınlarından biri yoldan çıxaraq aşıb. Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info