İsmayıllıda avtomobil qəzası olub.

Leqal.info xəbər verir ki, sürücü Naxçıvan sakini 2000-ci il təvəllüdlü Şirinov Abdurezzaq İntiqam oğlu idarə etdiyi “Hunday” markalı avtomobildə idarəetməni itirərək maşını aşırıb.

Hadisə nəticəsində, avtomobilin sürücüsü və sərnişinlər Naxçıvan sakinləri 1965-ci il təvəllüdlü Abbasov İsa Teyyub oğlu, 1968-ci il təvəllüdlü Abbasova Zəminə Vahid qızı və müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info