Leqal.info xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Hikmət İskəndərovun idarə etdiyi "VAZ 21011" markalı avtomobilin yol kənarında dayanmış "Mitsubishi" markalı yük avtomobili ilə toqquşması nəticəsində sərnişin 1980-ci il təvəllüdlü Azadə İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü H.İskəndərov və sərnişin 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif xəsarətlər ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
Leqal.info