Gəncədə 58 yaşlı kişini elektrik cərəyanı vurub.

Leqal.info xəbər verir ki, ötən gün şəhərin Azərbaycan Bayrağı küçəsində baş verib.

Belə ki "Azərışıq” ASC-nin 58 yaşlı əməkdaşı C.Vəliyevi iş vaxtı elektrik cərəyanı vurub. O hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə verilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info