Bərdədə kişi özünü su kanalına atan qızını xilas edərkən boğularaq ölüb.

Leqal.info xəbər verir ki, hadisə dekabrın 2-də Nəzirli kəndində qeydə alınıb. 1981-ci il təvəllüdlü Sərəncam Kərimova özünü kəndin ərazisindən keçən su kanalına atıb. Onun atası 1957-ci il təvəllüdlü Yasin Kərimov qızını sudan çıxarmaq üçün özünü suya atıb və boğulub.

S.Kərimova sudan çıxarılıb.

Y.Kərimovun meyiti sudan çıxarılaraq təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info