Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki hərəkətdə olan “NİVA” markalı minik maşını yolu keçmək istəyən orta 1961-ci il təvəllüdlü M.Müseyibovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər hadisə isə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü İ.Musayevi vurub. Yeniyetmə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Leqal.info