Gəncədə avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində baş verib.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü F.Qarayevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, F.Qarayev ərazidə yolu süpürərkən avtomobil onu vurub.

Onun Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info