Lənkəranda avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə ötən gecə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Ə.Qulamov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info