"Leqal.info" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın Siyasi Şurasının bugünkü iclası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O vurğulayıb ki, 2019-cu ili islahatların daha dinamik aparıldığı il hesab etmək olar:
"2019-cu ildə hamının məmnunluğuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları aparılıb və insanların məmnunluğu ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli geniş əhatəli xarakter alıb".