Ağdaşda avtomobili ildırım vurub.

Leqal.info xəbər verir ki, hadisə iyunun 11-də gecə saatlarında Ağdaş rayonunun Ləki kəndində qeydə alınıb. Nurlan Allahverdiyevin idarə etdiyi “DAF” markalı avtomobil ildırım vurması nəticəsində yanıb.

Avtomobilin yanar konstruksiyaları və yük hissəsindəki soyuducular yanıb.

Leqal.info