Litva Prezidenti Gitanas Nauseda gələn həftə Azərbaycana səfər edəcək.

Leqal.info xəbər verir ki, dövlət başçısı mayın 18-də Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcək.

Forumun əsas məqsəd Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır.

Forumun əsas mövzuları qida sənayesi, enerji və bərpa olunan enerji mənbələri, dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olacaq.