Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram”da Pakistan Prezidenti Arif Alvi ilə telefon danışığı apardığı barədə yazıb.

“Biz dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinin, BMT Nizamnaməsinə hörmətin vacibliyini vurğuladıq. “Taxıl razılaşması”na xüsusi diqqət çəkdik. Dövlətimiz dünya qida təhlükəsizliyinin təminatçısı olaraq fəaliyyətini davam etdirməyə hazırdır”, - Zelenski qeyd edib.
Leyla Kamil
Leqal.info