Belarus Prezidenti Aleksandr Lukaşenko Çin mediasına müsahibə verən zaman ABŞ Prezidenti Co Baydenin Kiyevə axırıncı səfərini seçkiöncəsi piar kimi qələmə verib.

Leqal.info xəbər verir ki, Baydenin Kiyevə səfərini ABŞ üzərində vurulan Çin şarı ilə əlaqədar insidentlə müqayisə edən Lukaşenko hər iki hadisənin eyni səviyyədə olduğunu, ABŞ Prezidentinin Kiyevə səfərinin də bu cür kiçik və nalayiq addım olaraq dəyərləndirdiyini bildirib.
“Bu səfərin əsl səbəbi qarşıdan gələn prezident seçkiləridir. Mən Co Baydenin seçkiöncəsi bu səfərinin istədiyi nəticəni verməyəcəyinə inanıram”, -Belarus Prezidenti qeyd edib.
Leyla Kamil
Leqal.info