Leqal.info xəbər verir ki, həkim Baydendə dağınıq skleroz, insult, parkinson xəstəliyi və nevroloji xəstəliklərin olmadığını qeyd edib.
Baydenin hər iki ayağında periferik neyropatiya olduğunu və buna görə də onun yerişində dəyişikliklərin görülə biləcəyini bildirən Kevin O’Konnor ABŞ Prezidentində bəzən qastroezofagial reflüks (Qida borusu selikli qişasının tamlığıın pozulması, sfinkterin tonusdan düşməsi) əlamətlərinə rast gəlindiyini vurğulayıb.
Həkim O’Konnor Baydenin prezident kimi fəaliyyət göstərməsinə heç bir maneə olmadığını da bildirib.
Leyla Kamil
Leqal.info