“Rusiya-Azərbaycan Ekspert Şurası səmərəli əməkdaşlıq platformasına çevrilib”.

Leqal.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda deyib.

“Belə bir dialoq bizim üçün yaxşı fikir mübadiləsidir. Bu, həmişə yeni ideya və mülahizələr, ekspert qiymətləndirmələridir”, - o bildirib.

XİN rəhbəri Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini, bunun əsasının hər iki dövlətin liderlərinin qarşılıqlı anlaşması olduğunu vurğulayıb.

Onun sözlərinə görə, regionda sülh, revanşizmlə mübarizə ilə bağlı Bakı və Moskvanın gündəliyi praktiki olaraq üst-üstə düşür: “2022-ci il fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması bu münasibətlərə müsbət impuls verib”.