Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Baltikyanı ölkələrə səfər edəcək.

Leqal.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu haqda Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib.

Qriqoryanın 27-31 mart tarixlərində baş tutacaq işgüzar səfəri çərçivəsində Riqa, Vilnüs və Tallin şəhərlərində də bir sıra görüşlər keçirəcəyi qeyd olunub.

Elvin Mahmudlu
Leqal.info